ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı
30-10-2019 16:30
Baxış sayı:
3568

ABŞ-ın Ankaradakı səfiri David Satterfield Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. “Anadolu” xəbər verir ki, səfirə ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma “erməni soyqırımı”na dair qəbul edilmiş qətnamə və "Barış pınarı" əməliyyatı ilə əlaqədar Türkiyəyə qarşı sanksiya tətbiqini təsdiqləyən qanun layihəsi ilə bağlı rəsmi şəkildə etiraz edilib. ABŞ səfirinə bu qərarların Türkiyə hökuməti və türk xalqı üçün keçərli olmadığı, bunların iki ölkə arasındakı strateji tərəfdaşlığa uyğun gəlmədiyi deyilib.