ABŞ prezidentindən çağırış: İstefa et!

Baxış sayı:
7690

ABŞ prezidenti Tramp Ağ Evin kabinet yığıncağında jurnalistlərin suallarını cavab landırıb.
 
Son zamanlar "anti-semitizm" ilə bağlı ABŞ ictimaiyyətində müzakirələrlə gündəmə gələn Konqresin Müsəlman üzvü İlhan Omarla bağlı bir suala cavab verən Tramp, onu istefaya çağırıb.
Tramp, "Məncə özü ya Konqresdən, ya da çalışdığı Xarici Əlaqələr Komitesindəki vəzifəsindən istefa etməlidir. Anti-semitizmə ABŞ Konqresində yeri yoxdur. Konqres üzvü Omarın üzrü də kifayət deyildi" deyib.
Qeyd edək ki, Konqresdə ilk hicab taxan Müsəlman qadınOmar, dünən antisemitizm ittihamlarına qarşı Twitter-də bir açıqlama verib. Amerikalı yəhudilərdən üzr istəyən Omar, İsrailin ABŞ-da lobbicilik fəaliyyətlərini göz ardı edilməməsi lazım olduğu xəbərdarlığını edib.
Anti-semitizmin gerçək olduğunu ifadə edərək bunu ona öyrədən yəhudi yoldaşlarına təşəkkür edən Omar, "Məqsədim yəhudi seçicilərimi və Amerikalı yəhudiləri üzmək deyildi. Şəxsiyyətim üzərindən mənə hücum edənlərdən də gözlədiyim kimi, hər zaman geri addım atmağa və tənqid yolu ilə düşünməyə istəkli olmalıyıq. Bu səbəblə üzr istəyirəm" deyə bildirmişdi.
Omar ayrıca, "Amerikan İsrail İctimaiyyətlə Əlaqələr Komitəsi (AIPAC), Milli tüfəng Dərnəyi (NRA) və ya qalıq yanacaq sənaye lobbilərinin siyasətimizdəki problemli rolunu vurğulamağa davam edəcəyəm. Çox uzun zamandır davam edən bu mövzunu nəzərə almalıyıq" deyə qeyd edib.
Müxalifət.az