ABŞ prezidenti Trampa “cinsi təcavüz” ittihamı

Baxış sayı:
7036

 ABŞ prezidenti Donald Trampın seçki kampaniyaları ərəfəsindən onun xeyrinə fəaliyyət göstərən bir qadın, Trampın 2016-cı ildə bir mitinqdə razılığı olmadan onu öpdüyünü iddia edərək “cinsi təcavüz” ittihamı ilə məhkəməyə müraciət edib.
 
Şikayətçi Alva Conson Floridada bir rayon məhkəməsində açdığı iddiada, iddia etdiyi cinsi təcavüzün Trampın qadınlara qarşı təcavüzkar davranış tərzinin bir parçası olduğunu bildirib.
Ağ Evin sözçüsü Sarah Sanders məsələ ilə bağlı yazılı açıqlama verərək ittihamı "absurd” kimi qiymətləndirib. Sanders, "Belə bir şey heç vaxt olmayıb və çox etibarlı birdən çox hadisə şahidlərinin ifadəsinə də birbaşa tərs düşür" - deyib.
Qeyd edək ki, Tramp əvvəllər də başqa qadınların da ona qarşı zorla öpmə va təcavüz ittihamlarını rədd etmişdi.
Bu son hadisənin 24 avqust 2016-da bir mitinq ərəfəsində kampaniyaya aid RV tipli maşının içərisində baş verdiyi irəli sürülür. İddiaya görə, "Tramp Consonun əlindən yapışıb və qadına nəfəsini hiss etdirəcək qədər yaxınlaşıb, Conson öpməkdən qaçmaq üçün üzünü çevirib, ancaq Tramp yenə də onun dodaqlarından öpməyi bacarıb".
İddianamadə, Consonun "təəccübləndiyi və özünü alçaldılmış hiss etdiyi" qeyd olunub.
Müxalifət.az