ABŞ-a o ölkədən ağır zərbə! Dollardan imtina etdilər

Baxış sayı:
13000

Çin Mərkəz Bankı ABŞ ilə yaşanan ticarət müharibəsində dollardan asılılığı minimuma endirmək məqsədi ilə 15.86 ton qızıl alıb.
 
ABŞ ilə ticarət müharibəsi vəziyyətində olan Çin dollar yığmaq yerinə qızıla üstünlük verməyə başlayıb.
“Bloomberg”-in xəbərinə görə, Çin Mərkəz Bankı (PBOC) may ayında 15.86 ton qızıl satın alıb.
Xəbərə görə, ABŞ ilə yaşanan ticarət müharibəsi Çində böyüməni aşağı salıb və ehtiyat saxlama mövzusunda dollara alternativ yer alıb.
Pekin rəhbərliyinin son altı aydır fasiləsiz davam edən qızıl alışları 2018-in dekabrından bu yana 73 tonu keçib.
Argonaut Securities Asiya-nın analisti Helen Lau hökumətin qızıl ehtiyatlarını yüksəltməsinin əzmli bir şəkildə dollar xarici varlıqlara keçid mənası daşıdığını qeyd edib. Pərakəndə qızıl tələbinin də artdığını vurğulayan Lau, bu sürətlə davam etdiyi təqdirdə Çinin qızıl alışlarının 2019-da 150 tona çatmasını gözlədiyini söyləyib.
TD Securities-ın qlobal əmtəə baş stratejisti Bart Mələk isə mövzu ilə bağlı olaraq "Ticarət müharibələri və texnologiya sahəsindəki soyuq müharibənin getdikcə artdığını göz qarşısında saxlasaq, bu dollar xaricinə edilmiş bir müxtəliflikdir. Unutmayaq ki, qızıl kimsənin öhdəçiliyi deyil" deyə söyləyib.
Müxalifət.az