ABŞ-ın Müdafiə naziri istefaya getdi: Tramp açıqladı

Baxış sayı:
7852

ABŞ prezidenti Donald Tramp Müdafiə naziri vəzifəsini vəkalətən icra edən və yeni Müdafiə naziri namizədi olan Patrick Şanahanın ailəsinə zaman ayırmaq üçün ABŞ Müdafiə naziri namizədliyindən imtina etdiyini bəyan edib.
 
ABŞ prezidenti Tramp bununla bağlı Twitterdən açıqlama edib.
Tramp açıqlamasında, "Bu günə qədər mükəmməl bir iş görən Müdafiə naziri vəkili Patrick Şanahan nazir namizədliyi prosesindən çəkildiyini bəyan edib. Bununla da ailəsinə daha çox zaman ayıra biləcək. Möcüzə xidmətləri üçün Patrick-ə təşəkkür edirəm. Quru Qoşunlarının baş katibi Mark Asper yeni Müdafiə nazir vəkili olaraq vəzifə yerinə yetirəcək. Mark-ı tanıyıram və çox yaxşı iş görəcəyinə şübhəm yoxdur" deyə qeyd edib.
 
ŞANAHANDAN AÇIQLAMA
 
Trampla eyni zamanda yazılı açıqlama edən Şanahan söz mövzusu geri çəkilmə qərarının tamamilə ailəvi səbəblərlə əlaqədar olduğunu ifadə edib.
Şanahan keçmiş həyat yoldaşı və uşağıyla əlaqədar ailə içi zorakılıq mövzusunun ictimaiyyətə açıqlanmasından sonra  nazir vəzifəsinə namizədlik üçün "pis bir zamanlama" olduğunu dilə gətirib.
Daha əvvəl Şanahanın Senatda gözlənilən namizədliyinin naməlum olduğu və Trampun fərqli bir şəxsi müdafiə naziri olaraq vəzifələndirmək üçün görüşlər keçirdiyi iddiaları Amerikan mediasında əks olunmuşdu.
Müxalifət.az