ABŞ-lı jurnalist Pentaqonun S-400 tərəddüdünü tənqid edib
16-07-2019 09:54
Baxış sayı:
8461

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin Rusiya istehsalı S-400 raketdən müdafiə sistemini təslim almasından sonra heç cür S-400 açıqlaması edə bilmir. Pentaqon cümə günü S-400-lə bağlı ləğv etdiyi mətbuat konfransını yenidən ikinci dəfə ləğv edib. Pentaqonun bu qərarını ABŞ-lı jurnalist Paul Mcleary 'İnanılmazdır! Pentaqon proqramındakı S-400 və Türkiyə mövzulu mətbuat konfransını ikinci dəfə ləğv etdi. İşlər heç yaxşı getmir' deyə bəyan edib. Qeyd edək ki, ABŞ-dan son dəqiqə gələn məlumatlarda 15 iyul günü Türkiyə saatıyla gecə 00:00-da Türkiyənin S-400 təslimatıyla əlaqədar Pentaqonun mətbuat konfransı təşkil edəcəyi və açıqlama verəcəyi bildirilmişdi. Müxalifət.az