​ABŞ kosmos savaşına hazardır - MAKMASTER

Baxış sayı:
2695

ABŞ kosmik müdafiənin maliyyələşdirilməsini artırır.
Muxalifət.az xəbər verir ki, bunu ABŞ Milli Kosmik Şurasının iclasında çıxışı zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Herbert Makmaster söyləyib. Onun sözlərinə görə, ABŞ kosmosda müharibə istəmir, amma bu müharibəyə hər zaman hazır olmalıdır:
 “Kosmos artıq yer, dəniz və hava kimi hərbi domen olub. Biz konflikti kosmosa daşımaq istəmirik, amma əgər burada savaş yaşansa, ABŞ buna hazır olacaq. Kosmosda gərginlik ABŞ-ın düşmənləri ucbatından artır”.