ABŞ İranın hədəsinə HƏDƏ İLƏ CAVAB VERDİ: İRAN GERİ ÇƏKİLDİ

Baxış sayı:
5164

ABŞ, İranın neft ixracına embarqo tətbiq edildiyi təqdirdə Hörmüz Boğazını bağlayacağı təhdidinə qarşı bölgədə neft ticarətini qorumaq üçün hərbi güc tətbiq etməyə hazır olduğu mesajını verib.
 
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Bill Urban, İran İnqilab Mühafizəçiləri Komandiri İsmayıl Kövsərinin İranın neft ticarətinin qarşısının alındığı təqdirdə Hörmüz Boğazının qapadılacağı istiqamətindəki sözləri ilə əlaqədar olaraq neft tankerlərinin beynəlxalq sulardakı gedişinin əngəllənməsinin beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.
Urban, "ABŞ dəniz qüvvələri və bölgədəki müttəfiqləri, beynəlxalq hüququn azad ticarətə icazə verdiyi hər yerdə trafik azadlığını müdafiə etməyə hazırdır" deyib.
 
İRANDAN YENİ AÇIQLAMA
 
İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Haşmetullah Felahetpişə, Hörmüz Boğazının bağlanmasının söz mövzusu olmadığını, çünki məsələnin beynəlxalq qaydalarla əlaqəli olduğunu və riayət edilməsi lazım olduğunu söyləyib.
Felahetpişə, Ruhaninin açıqlamalarının strateji Hörmüz Boğazının İran tərəfindən bağlanılacağı şəklində qəbul edildiyini xatırladıb, "Prezident Ruhani, Hörmüz Boğazını bağlamağı nəzərdə tutmayıb. İran neft ixrac edə bilmədiyi təqdirdə yaranacaq böhranda heç bir ölkənin neft ixrac etməməsi lazım olduğunu ifadə edib" deyib.
Müxalifət.az