ABŞ-İran gərginliyində gözlər Qətərdə

Baxış sayı:
6355

ABŞ ilə İran arasındakı gərginlikdə gözlər 13 min əsgəri personalla Orta Şərqdəki ən böyük ABŞ bazası saxlayan Qətərə çevrilib. Qətər isə torpaqlarının bir qonşu ölkəyə qarşı istifadə edilməsini istəmir.
 
Qətər 13 min ABŞ əsgəri personalının xidmət etdiyi Orta Şərqdəki ən böyük ABŞ hərbi bazası olan El-Udeydə ev sahibliyi edir. ABŞ əməliyyatlarının bir çoxunu məhz buradan həyata keçirir.
ABŞ İranla yaşadığı gərginlikdə hərbi təhcizatını bölgəyə daşımağa davam edərkən, İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi Qətərli həmkarı ilə paytaxt Dohada bir araya gələrək Tehranın Körfəz ölkələriylə dialoqa hazır olduğunu açıqlayıb.
İranlı Orta Şərq mütəxəssisi və analist Mosayeb Naimi ABŞ güclərinin Qətərə və digər ölkələrə yerləşdirilmiş olmasına baxmayaraq bu ölkələrin İrana ediləcək bir müdaxilə üçün torpaqlarının istifadə edilməsinə icazə verməyəcəyini, çünki kimsənin regional bir müharibəyə qatılmaq istəmədiyini irəli sürüb.
Naimi ''Bölgədəki gərginlik ABŞ-ın bölgədə bir müharibə meydana gətirməsinə icazə vermədi. Qətər daha əvvəl İrana və Amerikaya ABŞ-ın torpaqlarını istifadə etməsinə icazə verməyəcəyini söyləmişdi. İranla müharibəyə girən hər hansı bir ölkə böyük itkilərə məruz qalacaq və kimsə müharibə istəmir. Digər tərəfdən, ABŞ-ın bölgədəki ən güclü müttəfiqləri Səudiyyə Ərəbistanı və BƏƏ buna icazə versə, məsul tutulacaqlar və İran tərəfi də qətiliklə cavab verəcək'' deyib.
Müxalifət.az