ABŞ FTX şirkətlərinə sanksiya TƏTBİQ ETDİ
12-06-2018 10:21
Baxış sayı:
4219

ABŞ Maliyyə Nazirliyi Rusiyanın 5 şirkətinə qarşı sanksiya tətbiq edib.
Muxalifət.az xəbər verir ki, sanksiyaya məruz qalan şirkətlər “Digital Sekuriti”, “Dayvtexnoservis” və Kvant Elmi Tədqiqat İnstitutu federal dövlət müəssisəsi olub. Vaşinqton hər üç şirkətin Federal Təhlükəsizlik Xidmətinə bağlı olduğunu bildirib.
Digər iki şirkət isə “Embedi” və “Erpscan”dır. Rusiyanın xaricində yerləşən hər iki şirkətin “Digital Sekuriti” şirkətinə bağlı olduğu bildirilib.
ABŞ həmçinin Rusiya vətəndaşlarına da sanksiya tətbiq edib. Siyahıda Oleq Çirkov, Vladimir Kaqanski, Aleksandr Tribunun adı yer alıb.
Maliyyə Nazirliyi sanksiyanı adıçəkilən şirkət və şəxslərin kiberhücumlarda iştirakına görə tətbiq edib.