ABŞ-ın F-35 qərarına Ankaradan ilk təpki!

Baxış sayı:
11167

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) F-35 açıqlamasına təpki verərək "ABŞ-ın birtərəfli addımı müttəfiqlik ruhuyla uyğun gəlməz. ABŞ-ı strateji əlaqələrimizdə ciddi yaralar açacaq bu səhvdən geri dönməyə dəvət deyirik" deyə açıqlama verib.
 
Açıqlamada bu fikirlər qeyd olunub:
"Ağ Ev və ABŞ Müdafiə Nazirliyi bu gün (17 İyul) S-400 havadan müdafiə sistemini tədarük etdiyimiz üçün ölkəmizin F-35 proqramından çıxarılacağını açıqlamışdır.
Bu birtərəfli addım müttəfiqlik ruhuyla uyğun gəlmədiyi kimi, heç bir qanuni əsasa da söykənməməkdədir.
F-35 proqramının əsas ortaqlarından olan Türkiyənin proqramın xaricində buraxılması ədalətli olmadığı kimi, S-400 sisteminin F-35-ləri zərər verəcəyi iddiası da etibarsızdır. Bu mövzuda NATO-nun də qatılacağı bir iş qrupu qurulması təklifimizin qarşılıqsız buraxılması ABŞ tərəfindəki ön mühakimənin və məsələni yaxşı niyyətlə öz ölçüləri içində həll etmə iradəsinin əskikliyinin ən aşkar göstəricisidir.
ABŞ Türkiyənin dostluğuna verdiyi əhəmiyyəti yalnız ifadələ deyil, hərəkətlə və xüsusilə də terror təşkilatları İŞİD, PKK/PYD/YPG və FETÖ ilə mübarizədə göstərməlidir.
Hörmətli prezidentimiz ilə prezident Tramp arasında Osakada reallaşdırılan G-20 Zirvəsi əsnasında edilən görüşdə ortaya qoyulan anlayışa hər səviyyədə sadiq qalınması bu baxımdan böyük əhəmiyyət daşımaqdadır.
ABŞ-ı strateji əlaqələrimizdə sağalmaz yaralar açacaq bu səhvdən geri dönməyə dəvət deyirik".
Müxalifət.az