ABŞ Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi - İRANA GÖRƏ

Baxış sayı:
280

ABŞ Ticarət Nazirliyi Ermənistandan iki şirkəti - Yerevan Telekommunikasiya Tədqiqat İnstitutunu (YerTTİ) və “Markel” Qapalı Səhmdar Cəmiyyətini (QSC) “qara siyahı”ya salıb.

Virtualaz.org Ticarət Nazirliyinin saytına istinadən bildirir ki, YerTTİ məhsulları ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun Ticarət Nəzarəti Siyahısından lazımi lisenziyalar olmadan alıb və təkrar ixrac edib.

Bundan başqa, YerTTİ-nin icraçı direktoru və "Markel" QSC-nin prezidenti olan şəxs ABŞ-ın sanksiyaları altında olan İran təşkilatı ilə bizneslə məşğul olur.

Amerika hakimiyyət orqanlarının fikrincə, bu şirkətlər milli təhlükəsizliyə və ABŞ xarici siyasətinin maraqlarına zidd hərəkət edirlər. Sanksiyaların məhdudlaşdırılması çərşənbə günü qüvvəyə minəcək.