ABŞ-ın dəvət etdiyi ölkələrə Rusiyadan sərt xəbərdarlıq: Üç dəfə düşünün!

ABŞ-ın Suriyada qurulacaq olan təhlükəsizlik bölgəsində nəzarəti Qərbin əlində saxlamaq üçün Avropa ölkələrini dəvət etməsi Rusiyanın sərt təpkisinə səbəb olub. Rusiya xarici işlər naziri Lavrov, 'ABŞ-ın o bölgəyə göndərmək istədiyi ölkələr üç dəfə düşünməlidir' deyib.
Rusiya xarici işlər naziri Sergey Lavrov "Tampon bölgə adlanan zonada kimim təhlükəsizliyi təmin edəcəyi ilə bağlı qərar verəcəyini açıqlayan ABŞ-ın bir perspektivə sahib olduğunu sanmıram. Bu qeyri-qanuni bir açıqlamadır. Mən ürəkdən düşünməyi tövsiyə edirəm ".
"KÜRDLƏR ƏNƏNƏVİ YAŞADIQLARA BÖLGƏLƏRƏ QAYITMALIDIRLAR”
Lavrov ABŞ-ın Suriyadan çəkilmə planlarının danışıldığı bu dövrdə terror təhdidinin Suriyanın şimal-şərqinə yenidən qayıtmayacağına əmin olunmasının lazım olduğunu qeyd edib. Bununla birlikdə Lavrov kürdlərin ənənəvi olaraq yaşadıqları bölgələrə geri qayıtmasının lazım olduğunu, çünki ABŞ-ın kürdləri ənənəvi ərəb torpaqlarına topladığını və beləcə kürdlərlə ərəblər arasında nifaq toxumu səpdiyini vurğulayıb.
ABŞ TAMPON BÖLGƏYƏ AVROPA ÖLKƏLƏRİNİ ÇAĞIRMIŞDI
“Vaşinqton Post” qəzetinin adını açıqlamadığı mənbələrə istinad etdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyanın şimal-şərqində bir tampon zona yaratmağı planlaşdırır, ancaq buna baxmayaraq hələlik heç bir ölkə qoşun göndərməyi təklif etməyib.
Plana görə, Avropa ölkələrin 1500 nəfərlik qoşun göndərəcəyini deyən qaynaqlar, əgər bu baş verərsə, Trampun bu bölgədə 200 ABŞ əsgərini saxlamaq istədiyini söyləyib.
Müxalifət.az