“ABŞ dronlarının nəzarətini ələ keçirdik” – İrandan iddia
22-02-2019 18:09
Baxış sayı:
12289
İran İnqilab Mühafizəçiləri Korpusunun Hava Qüvvələri komandiri general-mayor Əmir Əli Hajizadeh Suriya və İraqda yerləşən bir neçə ABŞ pilotsuz İHA-larının nəzarətini ələ keçirdiklərini iddia edib.
İran xəbər agentliyi “FARS”-a açıqlama verən Hajizadeh hadisəyə dair "Suriya və İraq üzərində uçan 7-8 dron-nun nəzarətini ələ keçirdik, drona gələn məlumatların təqibini apardıq və məlumatları ilk əldən ələ keçirdik" deyib.
Müxalifət.az