ABŞ döyüş təyyarələrini İLK DƏFƏ ORA GÖNDƏRDİ - İranla müharibə yenidən alovlanır?

Baxış sayı:
3852

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Qətərdəki Əl-Udeyd hərbi hava bazasında F-22 Raptor tipli döyüş təyyarələrini yerləşdirib.
Bu barədə CENTCOM açıqlama yayıb.
Bildirilib ki, sözügedən döyüş təyyarələri ABŞ qüvvələrinin və ABŞ Mərkəzi Qüvvələr Komandanlığının nəzarətindəki bölgələrdə maraqların qorunması məqsədilə Qətərə ilk dəfə göndərilib.
Qeyd edək ki, Yaponiya və Norveçə aid neft tankerlərinin Oman körfəzində partladılmasından sonra, ABŞ və İran arasındakı gərginlik bölgədə təşvişi artırıb. İran İnqilab Keşikçiləri Korpusu 20 iyunda Oman körfəzində ABŞ Hava Qüvvələrinin “RQ-4 Global Hawk” tipli PUA-sını məhv edib. ABŞ bu hadisədən sonra İrana hərbi hücum etmək istəsə də, prezident Donald Tramp son anda qərarını dəyişdirib.
ABŞ-ın Əl-Udeyd hərbi hava bazasında 13 minə yaxın əsgəri var. Sözügedən baza Suriya və İraqdakı İŞİD terror təşkilatına qarşı mübarizə məqsədilə istifadə olunur./Publika