ABŞ-dan Yunan Kiprinə “Rusiya” şərti!

Baxış sayı:
3322

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi tərəfindən ABŞ-lı senatorlar Robert Menendez ilə Marco Rubio tərəfindən təqdim edilən ''2019 Şərqi Aralıq dənizində Təhlükəsizlik və Enerji Ortaqlığı'' qanun layihəsinin təsdiqlənməsi Yunanlar arasında mübahisəyə səbəb olub. Qanuna görə, ABŞ tərəfindən Yunanalara tətbiq olunan silah embarqosunun qaldırılması Rusiya döyüş gəmilərinin yanacaq doldurmaq üçün Yunan limanlarına yanaşmasının rədd edilməsi şərtini ehtiva edir.
 
Qanunu "Rusiya kimi əhəmiyyətli bir ölkəylə olan əlaqələri ciddi şəkildə təhdid edir" deyə tənqid edən Yunan ana müxalifət partiyası AKEL, Yunan hökumətinin ABŞ ilə bağlı qapılar arxasında razılaşıb, hər kəsdən gizlətdiyi bir çox şeyin olduğunu bildirib. AKEL-dən edilən açıqlamada, "Hökumət ABŞ ilə nələr razılaşdığı mövzusunda xalqı və siyasi gücləri məlumatlandırmaqla borcludur və buna öhdəliklidir" ifadələrinə yer verilib.
Bu cür tıpkilərdən sonar açaıqlama verən Yunan Kipri Rəhbərliyinin başçısı Nikos Anastasiadis da, qanunu alqışladığını, ancaq silah embarqosunun qaldırılması üçün Rus gəmilərinə daxilolma əngəlinin qoyulması şərtinin talehsizlik olduğunu söyləyib. Yunan hökumətinin sözçüsü Prodromos Prodromu da, Cənubi Kiprin strateji bir bölgə olan Aralıq dənizinin cənub-şərqindəki rolunun ABŞ tərəfindən tanınmasının əhəmiyyətinə vurğu edib.
 
RUSİYAYA ZƏRBƏ
 
Yunan “Fileleftheros” qəzeti isə "ABŞ-ın söz mövzusu olan qanunla, Şərqi Aralıq dənizindəki mənfəətlərini zəmanət altına almağı və Rusiyanın Cənub Kipr, Yunanıstan və İsrail üzərindəki nüfuzunu mümkün olan ən az səviyyəyə endirməyi məqsəd qoyduğunu" yazıb.
Müxalifət.az