ABŞ-dan Ukraynaya 250 milyon dollarlıq yardım

Baxış sayı:
8518

ABŞ Ukrayna ordusuna 250 milyon dollarlıq yardım etməyi planlaşdırır.
 
Amerika Ukrayna ordusunda struktur islahatlarına dəstək verməyə qərarlıdır.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) rəsmi internet saytında Ukraynaya 250 milyon dollarlıq yardım etmək istədiklərini açıqlayıb.
 
250 milyon dollarlıq dəstək
 
Edilən açıqlamada, "Müdafiə Nazirliyi Ukrayna ilə etdiyi təhlükəsizlik əməkdaşlıq fondları çərçivəsində əlavə təhsillər, heyət hazırlığı və Ukrayna Silahlı Qüvvətlərinin mövqeyinin gücləndirilməsi məqsədi ilə verilən məsləhətçilik işləri üçün Ukraynaya 250 milyon dollar yardım etməyi  planlaşdırır" deyə qeyd edilib.
Açıqlamada edilməsi planlanan yeni yardımla birlikdə, ikili hərbi əməkdaşlıq çərçivəsində 2014-cü ildən bu yana Ukraynaya 1.5 milyard dollar dəyərində yardım edilib.
Müxalifət.az