ABŞ-dan Türkiyəyə qarşı FƏRQLİ TƏHDİD: "S-400-lərdən vaz keçməsələr..."

Baxış sayı:
4156

Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sisitemi almasını həzm edə bilməyən ABŞ qardaş ölkəyə yeni təhdid mesajı göndərib.

Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Donald Tramp hökuməti Türkiyəni hərbi layihələrdən kənarlaşdırmaqla təhdid edib.

Bu barədə ABŞ Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi Uess Mişell açıqlama verib. O, Türkiyənin ABŞ-dan F-35, Rusiyadan isə S-400 alması mövzusunda verilən sualı belə cavablandırıb: “Türkiyə Rusiya istehsalı olan silahlar almaqda qətilik göstərərsə, bu, avtomatik olaraq onların Amerikanın hərbi layihələrinə qatılmasına da təsir göstərəcək”.

Bununla da Türkiyənin F-35 təhdidlərinə boyun əymədiyini görən ABŞ bu ölkəni özünün hərbi layihələrindən kənarlaşdırmaq niyyətində olduğunu önə sürüb.

ABŞ-dan təhdidlərin gəlməsinə rəğmən, ortada belə bir gerçək var ki, 5-ci nəsil müharibələrin istehsal ortaqlarından biri Türkiyədir. Sözügedən müharibə təyyarələrinin Türkiyəyə ilk təslimatının 21 iyun tarixində gerçəkləşdirilməsi gözlənilir.

Qeyd edək ki, ABŞ Senatına Türkiyənin F-35 proqramından çıxarılması üçün bir qanun layihəsi təqdim edilib. Bu layihə Türkiyənin S-400 almaması üçün F-35-lərlə təhdid edilməsini açıq şəkildə ortaya qoyub.