ABŞ-dan ŞOK ADDIM: müdafiə nazirinin müavini AÇIQLADI
3-03-2018 10:43
Baxış sayı:
2824

“ABŞ Suriyanın qərbində nəzarət altında olan zonadan terrorçular üçün sığınacaq kimi istifadə edir”. Bunu “Rossiya 24” telekanalının “Beynəlxalq icmal” proqramına müsahibəsində Rusiyanın müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib. “Et-Tanf bölgəsində 55 kilometr diametri olan ərazidə yaradılan təhlükəsizlik zonası bizi narahat etməyə bilməz. Suriyanın qərb hissəsində, İraqla sərhəddə faktiki olaraq terrorçular üçün qoruq yaradılıb. Terrorçular burada yeni silahlarla təchiz edilirlər və hazırlanırlar. Onlar ABŞ xüsusi əməliyyatların gücləri və başqa bölmələrinin nəzarəti altındadır”, - Fomin deyib./publika/