ABŞ-dan “Ərdoğan” açıqlaması!

Baxış sayı:
31636

 ABŞ-lı yüksək səviyyəli səlahiyyətli Türkiyə ilə ABŞ arasında yaşanan böhrana dair açıqlama verib. Amerikalı səlahiyyətli, "Tramp özünü Ərdoğana yaxın hiss edir, rəğbət bəsləyir, çox sevir. Ünsiyyət qurmaqdan kef alır" deyib.
 
Türkiyə ilə ABŞ arasında son günlərdə yaşanan problemləri aşmaq üçün bir sıra təmas qurulur.
İranla münasibətlər, Suriya problemi, S-400 raketləri və ABŞ səfirliyində vəzifəli Türk çalışanların FETÖ əlaqələri səbəbiylə nəzarətə alınması Türkiyə-ABŞ münasibətlərində problemli məsələlərin başında gəlir. Məhz bu problemlər mövzusunda Amerikalı üst səviyyə bir səlahiyyətli mühüm açıqlamalar verib. Səlahiyyətli, "Türkiyə ilə münasibətlərimizə son dərəcə əhəmiyyət veririk, 60-ci ili arxada qoyduğumuz bir ittifaqdır. Qarşılıqlı imkanlardan yaranan bir müttəfiqliq" mesajı verib.
İki ölkə arasında bəzi çətin məsələlər olduğuna diqqət çəkən yüksək səviyyəli səlahiyyətli, bu məsələlər arasında İran, Suriya, S-400 və bəzi yerli əməkdaşların nəzarətə alınmasını göstərib.
 
Tramp özünü Ərdoğana yaxın hiss edir
 
 Türk məqamları ilə yaxın təmasda problemləri həll etmək üçün danışıqlar apardıqlarını bildirib. İki ölkə arasında dialoqun zəngin, dərin və hər səviyyədə davam etməsinin əhəmiyyətli olduğunu bildirib. Xüsusən prezident Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Trampın əlaqəsinə diqqət çəkib.
Mövcud problemlərin birlikdə işləyərək həll ediləcəyindən əmin olduğunu söyləyib. Bu çalışmaların sonunda möhkəm olan Türkiyə-ABŞ əlaqələrinin daha da əhəmiyyətli hala gələcəyini açıqlayıb.
Müxalifət.az