ABŞ-dan İrana gözdağı: 4 “Patriot” batareyası və döyüş təyyarələri göndərildi

Baxış sayı:
2590

ABŞ Baş Qərargah Rəhbərliyinin Qərargah direktoru vitse admiral Michael Gilday İrana qarşı bölgəyə sövq ediləcək əlavə hərbi ünsürün kəşfiyyat məqsədli insanlı və insansız hava vasitələri, 4 “Patriot” batareyasından ibarət olan bir “Patriot” batalyonu, qüvvələri qoruma tədbirlərini artırma məqsədli bir mühəndis birliyi və bir döyüş təyyarələri eskadrilyasından meydana gəldiyini açıqlayıb.
 
ABŞ prezidenti Donald Trampın Orta Şərqə əlavə 1500 əsgər göndərilməsini təsdiqləməsindən sonra vitse admiral Gilday və Beynəlxalq Təhlükəsizlikdən məsul Müdafiə Nazirliyinin məsləhətçi vəkili Katie Wheelbarger Pentaqonda ortaq mətbuat konfransı təşkil edib.
Əlavə qüvvənin ABŞ Mərkəz Qüvvələr (CENTCOM) komandanı general Kenneth F. McKenzie tərəfindən tələb edildiyini və gələn həftə etibarilə bölgəyə sövq ediləcəyini ifadə edən vitse admiral Gilday, belə davam edib: "Bu ünsürlər İranın seyr raketləri, insansız hava vasitələri və təyyarələri mövzusunda kəşfiyyat toplamaq üçün insanlı və insansız hava vasitələri, raket təhlükəsinə qarşı müdafiə üçün bir “Patriot” batalyonu, qüvvə qoruma tədbirlərini artırmaq məqsədilə bir mühəndis birliyi və təhdidlərə cavab vermə variantlarımız üçün daha dərinlikli çəkindiricilik təmin etməsi üçün bir döyüş təyyarəsi eskadrilyasından meydana gəlir. Bütün bunlar təxminən 1500 əsgər deməkdir".
 
 
Tramp təsdiqlədi: ABŞ 1500 əlavə əsgər göndərir
 
ABŞ-ın keçən həftələrdə bölgəyə bir “Patriot” batareyasını göndərdiyini xatırladan vitse admiral, bölgədə vəzifə müddəti dolan 4 “Patriot” batareyasından ibarət olan “Patriot” batalyonunun isə vəzifə müddətinin uzadıldığını qeyd edib.
Göndəriləcək əsgər sayı ilə bağlı isə vitse admiral Gilday, "Bunların 600-ü onsuz da bölgədəki “Patriot” batalyonuna bağlı əsgərlərdən meydana gələcək, bunların vəzifə müddəti uzadılacaq. Bu səbəbdən yeni göndərilən əsgər sayı mindən azdır" deyib.
Müxalifət.az