ABŞ-dan diqqətçəkən mesaj: “YPG ARTIQ BUNU ANLADI”

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri Cozef Votel ABŞ-ın Afrində fəaliyyət göstərməyi planlaşdırmadığını və YPG terror təşkilatının artıq bunu indi anladığını söyləyib.
ABŞ-ın SDG adı altında dəstəklədiyi PKK/YPG –nin Afrinə getməsi ilə əlaqədar bir Amerikalı senatorun "Suriyadakı kürdlər haqqında bir siyasətimiz yoxdur və etdiyimiz şeylər haqqında uzun müddətli bir siyasətimizin olmadığı da görünür. Biz indi SDG-nin nəzarət etdiyi bölgələrlə Suriyanı böləcəyikmi” sualına qarşılıq Votel, ABŞ Afrində fəaliyyət göstərmir” deyə, cavab verməklə sualı cavablandırmaqdan yayınıb.
"YPG, AFRINDƏ FƏALİYYƏT GÖSTƏRMƏK İSTƏMƏDİYİMİZİ ANLADI”
General Votel, "Suriya Demokratik Qüvvələri (YPG) ilə görüşlərdə, Afrinin bizim əməliyyat sahəmiz olmadığını və bu nöqtədə bizim fəaliyyət göstərmək niyyətində olmadığımızı anladılar" deyib.
Votel, Türkiyənin YPG / PKK terror təşkilatına qarşı keçirdiyi “Zeytun Budağı” Hərəkatına eyham edərək Afrindəki əməliyyatın İŞİD əleyhinə əməliyyatlara təsir etdiyini və diqqətləri yayındırdığını bildirib.
"YPG ÜNSÜRLƏRİ İŞİD-lə MÜBARİZƏDƏN ÇƏKİLDİ"
Votel YPG ünsürlərinin bu ərəfədə İŞİD ilə mübarizədən çəkildiyini də bildirib.
Müxalifət.az