ABŞ-da "yaxşıyam" işarəsi verənlər cəzalandırılacaq - Bu əl işarəsi nasistliklə eyni səviyyədə qəbul ediləcək

Baxış sayı:
8556

1913-cü ildə ABŞ-da qurulan İftira və İnkarla Mübarizə Birliyi irqçiliklə bağlı hərəkətlər siyahısına yenisini əlavə edib. “Qafqazinfo” xəbər verir ki, bundan sonra “yaxşıyam” mənasını verən baş və işarə barmaqların birləşərək digər barmaqların açılması irqçilik sayılacaq. Buna görə ABŞ cəzalar da nəzərdə tutur. Birliyin qənaətinə görə, bu əl işarəsi nasistlərin salamlaşması ilə eyni səviyyədə qəbul ediləcək. Xatırladaq ki, avstraliyalı irqçi Brenton Tarrant Yeni Zelandiyada məscidlərə 50 nəfəri öldürdükdən sonra çıxarıldığı məhkəmədə məhz “yaxşıyam” anlamını verən həmin işarəni göstərmişdi.