ABŞ-da təyyarə qəzaya düşdü – Ölən var

Baxış sayı:
9019

ABŞ-ın Missuri ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğrayaraq yerə çırpılması nəticəsində 64 yaşlı pilot həyatını itirib.
Muxalifet.az “Russia Today”ə istinadən xəbər verir ki, hadisə ştatın Sammersvill şəhəri yaxınlığında baş verib. Qəza zamanı təyyarənin göyərtəsində yalnız pilot olub. 
Yerli şerifin sözlərinə görə, qəzaya səbəb təyyarənin ağaclarla toqquşması olub.