ABŞ-da təyyarə gölə düşdü: Ölənlər var

Baxış sayı:
6640

ABŞ-da iki mühərrikli bir təyyarə gölə düşüb. Təyyarədə olan 5 adam ölüb.
 
Təyyarə “Okeechobee” gölünə düşüb. Təyyarənin Tampa Beynəlxalq Hava Limanından qalxdığı və Pahokee Aerodromuna eniş edərkən qəzanın yaşandığı bildirilib.
 
Qəzadan sonra saat 15: 30-da şahidlər vəziyyəti polis və xilasetmə xidmətinə bildiriblər. Hadisə yerinə gələn xilasetmə heyəti şahidlərin göldə bir nəfərin üzdüyünü gördüklərini, amma araşdırma nəticəsində heç kimin xilas olmadığı və təyyarədə olan 5 nəfərin hamısının öldüyü qeyd edilib.
Müxalifət.az