ABŞ-da silahlı hücum: Çox sayda ölü və yaralı var

Baxış sayı:
6268

 ABŞ-da İlinoys ştatının Avrora şəhərindəki bir iş yerində silahla atəş açılması nəticəsində 5 nəfərin həyatını itirdiyi, 5 polis məmurunun da yaralandığı bildirilib.
 
Avrora şəhərinin Polis şefi Kristen Ziman keçirdiyi mətbuat konfransında, silahlı hücumla bağlı məlumat verib.
Hücumda 5 adamın həyatını itirdiyini, 5 polis məmurunun da yaralandığını bildirən Ziman, təcavüzkarın ölü ələ keçirildiyini ifadə edib.
Ziman təcavüzkarın adının Qari Martin (45) olduğunu və atəş açdığı iş yerində çalışdığını qeyd edib.
 
TRAMP: TƏHLÜKƏSİZLİK QÜVVƏLƏRİ BÖYÜK İŞ BACARDI
 
 ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı Twitter-də etdiyi açıqlamada, "Illıonis, Avrorada təhlükəsizlik qüvvələri böyük iş bacardı. Qurbanlara və ailələrinə səmimi başsağlığı verirəm. Amerika sizinlədir" deyə qeyd edib.
 Müxalifət.az