ABŞ-da Əsədə “Fəratın şərqi” mesajı

Baxış sayı:
8476

Dünyanın uzun müddətdir gündəmində olan ABŞ-ın Suriyadan çıxarılması ilə bağlı ən səlahiyyətli şəxsdən yeni bir açıqlama verilib. ABŞ-ın Suriyadakı xüsusi nüməyəndəsi Ceyms Jeffrey, "ABŞ-ın Suriyadan çıxarılması qəti olaraq ani və sürətlo olmayacaqdır. Biz müttəfiqlərimizlə məsləhətləşərək addım-addım çəkiləcəyik” deyib.
 
Almaniyanın Münhen şəhərindəki Təhlükəsizlik Konfransında çıxış edən ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Jeffrey, Suriyadan çəkilmənin ani və sürətli deyil, müttəfiqlərimizlə məsləhətləşərək tədricən olacağını bildirib.
Jeffrey çıxışında, Əsəd rejiminə də mesaj göndərib. Jeffrey ABŞ-ın Əsəd rejiminin ölkənin şimalına, Fəratın şərqinə yenidən nəzarət etməsini istəmədiyini söyləyib.
Müxalifət.az