ABŞ-da kilsəyə növbəti silahlı hücum
30-12-2019 16:34
Baxış sayı:
4333

ABŞ-ın Texas ştatının Uayt Settlment şəhərində kilsəyə silahlı hücum olub.
Silahlı hücum nəticəsində bir nəfər ölüb, daha iki nəfər ağır yaralanıb. Hadisə yerində olan təcili tibbi yardım personalı yaralılardan birinin xəstəxanaya aparılarkən yolda vəfat etdiyini söyləyib. Üçüncü şəxsin isə xəstəxanada ağır vəziyyətdə olduğu bildirilir.
Məlumatlara görə, ölənlərdən biri hadisəni törədən silahlı şəxsdir.
Muxalifet.az