ABŞ-da FETÖ-nun yeni məktəb müraciəti rədd edildi

Baxış sayı:
4912

Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvlərinin ABŞ-ın Texas əyalətində yeni bir müqaviləli məktəb açma cəhdinə icazə verilməyib.
 
Qısa bir zaman əvvəl Texas Əyaləti Təhsil Qurumunun üzvləri tərəfindən  şahid olaraq dinlənən və FETÖ-nun ABŞ-dakı təhsil qurumlarını araşdıran jurnalist Mark Hall mövzuya dair Anadolu Agentliyinə açıqlama verib. Hall daha əvvəl “Harmony Public School” şəbəkəsində üst səviyyə vəzifə yerinə yetirən Tarımı-ın buradan ayrılaraq Texasın Austin və Hyuston şəhərlərində “Royal Public Schools” adı altında yeni bir məktəblər şəbəkəsi qurmağa çalışdığını söyləyib.
İlk planlara görə, 8 məktəbin açılması gözlənildiyini, lakin bu rəqəmin daha  sonra 4-ə salındığını ifadə edən Hall, məktəb müraciətinin Texas Əyaləti Təhsil Qurumu tərəfindən verilən rədd qərarı sayəsində tamamilə ləğv olduğunu ifadə edib.
Hall-un birdirdiyinə görə, imtina qərarına səbəb olaraq bölgədəki yetərli məktəb sayı və edilən müraciətdə problemlərin olması göstərilib.
Təhsil qurumunun 15 üzvündən əksəriyyətinin FETÖ-nu terror təşkilatı hesab etmədiyini, təhlükə olaraq görənlərin isə bunu açıqdan söyləyə bilmədiklərini vurğulayan Hall, şahidliyi əsnasında FETÖ təşkilatı ilə bağlı izah etdiklərinin "sui-qəsd nəzəriyyəsi" olaraq görüldüyünü qeyd edib.
Müxalifət.az