ABŞ-a cavab tədbirləri başladı: HAMISI BİRLƏŞDİ

ABŞ, Avropa Birliyi (Aİ), Kanada və Meksikadan idxal etdiyi polad ilə alüminiuma əlavə gömrük vergisi qoymasından sonra Kanada və Meksika dərhal cavab tədbirləri qərarı alarkən, Aİ ise18 iyundan etibarən ABŞ məhsullarına əlavə vergiyə hazırlanır.
ABŞ-ın bu addımına Kanada və Meksikadan cavab addımları gecikmədi. Kanada, ABŞ-dan idxal edilən ət, qəhvə, konfet, kontraplak, qızılağac bəhməzi və polad ilə alüminiuma qarşı cəmi 12 milyard 800 milyon dollar dəyərindəki məhsula əlavə gömrük vergisi tətbiq etmə qərarı aldı. Meksika da aralarında donuz əti, alma və pendir növlərinin olduğu bir sıra aqrar məhsullara əlavə gömrük vergisi tətbiq etməyə qərar verdi. Meksika ticarət nazirinin müavini Xuan Karlos Baxar Twitterdə etdiyi açıqlamada, "Meksika, ABŞ-ın Şimali Amerikada ticarəti pozan tək tərəfli və qoruyucu tədbirlərini qüvvətli bir şəkildə rədd edir" deyib.
Avropa Komissiyasının prezidenti Yan Klod Juncker isə, "Bu dünya ticarəti üçün pis bir gündür" deyib və ABŞ-a cavab tədbirləri görəcəklərini açıqlayıb. Etdiyi 15-dən çox görüşdə bəzi təkliflər təqdim etməsinə baxmayaraq Tramp rəhbərliyini inandıra bilməyən Aİ, ilk addım olaraq məsələni Dünya Ticarət Təşkilatına (DTÖ) götürəcəyi qərarı alıb. Bundan sonra tarazlaşdırma olaraq adlandırdığı addım 18 iyundan sonra dövrəyə girəcək və ABŞ-a cəzalandırıcı tədbir tətbiq olunacaq. AB Komissiyası, ABŞ-dan idxal edilən təxminən 2.8 milyard Avro dəyərində məhsula əlavə gömrük vergisi tətbiq etməyi planlaşdırır.
Müxalifət.az