​ABŞ bunu etməsə, 2020-ci ildə gərginlik artacaq - Rusiya

Baxış sayı:
9790

ABŞ Şimali Koreyanı əlaqələri inkişaf etdirməkdə ciddi olduğuna inandıra bilməsə, 2020-ci ildə Koreya yarımadasında gərginlik artacaq.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Təhlükəsizlik Şurası baş katibinin müavini Aleksandr Venediktov çıxış edib.
"Şimali Koreyanın prioretlərinə ehtiramla yanaşmaq lazımdır. Xüsusilə, Şimali Koreya ilə bağlı prosesin mərhələli şəkildə həll ediləcəyi barədə verilən təminatı və beynəlxalq təhlükəsizlik zəmanətinin vəd edildiyini unutmamalıyıq", - Venediktov qeyd edib.