ABŞ bundan sonra kartlarını uduzdu - Əsəd
31-05-2018 21:42
Baxış sayı:
1393

Bizim Duma bölgəsində kimyəvi hücum həyata keçirməyimizlə bağlı ABŞ-ın yönəltdiyi ittihamlara dünya inanmır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Suriya lideri Bəşər Əsəd deyib.
O bildirib ki, ABŞ-ın bütün maneələrinə baxmayaraq Suriya 7 illik müharibəni demək olar ki, qazanıb:
“Suriya ordusu irəlilədikcə Qərb də terrorçulara daha çox dəstək verir. Xaricdən maliyyə dəstəyi olmasa daxildəki düşmənlər 1 il ərzində məğlub olardılar. Hələb və Deyr əz-Zorun hökumətin nəzarətinə keçməsindən sonra ABŞ kartlarını uduzdu. Belə olan halda, Vaşinqton müzakirə masasına məcburən otuzdurula bilər”.