​Abel Məhərrəmovun səhhəti necədir? - Baş həkimdən AÇIQLAMA

Baxış sayı:
8758

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun səhhəti ilə bağlı həkimi açıqlama verib. 
Muxalifet.az xəbər verir ki, Mərkəzi Klinik Xəstəxanasının baş həkimi, ürək-damar cərrahı Kamran Musayev unikal.org-a açıqlamasında bildirib ki, Abel Məhərrəmovun səhhəti hazırda normaldır:
“Abel müəllim dünən Mərkəzi Klinik Xəstəxanasına daxil olarkən təzyiqi yüksək idi. Buna görə, ona tibbi müdaxilə etdik. Dünən xəstəxanada həkim nəzarəti altında saxladıq və təzyiqi normallaşdı. Hazırda Abel müəllimin səhətində problem yoxdur, bu gün evə buraxılacaq”.