AB də sazişdən çıxarsa, İran nə edəcək? – MƏMMƏDOV

Nə İran, nə də İsrail öz aralarında birbaşa hərbi toqquşma istəyir, amma bu o demək deyil ki, belə qarşıdurma üçüncü ölkələrdə yaşanmayacaq.
Muxalifət.az xəbər verir ki, bunu “Gazeta.ru” saytına açıqlamasında Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Ruslan Məmmədov deyib.
“İran və İsrail bir-birinə qarşı sərt ritorikanı qoruyub saxlayacaqlar. Daha böyük təhlükə situasiyaya nəzarətin itirilməsi zamanı yaşana bilər. Real döyüş fəaliyyətləri daha çox İsrailin sərhədləri yaxınlığında baş tutacaq, buraya Hizbullah da cəlb ediləcək. Rusiya hazırkı zamanda konfliktə müdaxilə etməsin. Çoxları İranla İsrail arasında mediatorun yalnız Moskva ola biləcəyini düşünür. Rusiya İsraillə münasibətləri dəyərləndirsə də, sonuncuya Suriyada istənilən addımı atmasına imkan verməyəcək. İranda konservatorlar və ABŞ-la razılaşma əleyhdarlarının mövqeləri güclənir. Bundan sonra nüvə razılaşmasının şərtləri daha da pisləşsə, yəni AB də razılaşmadan çıxsa, iranlılar müqavilədən tam imtina edə bilərlər. Belə olan halda regionda nüvə proqramının yenidən canlandırılmasına təkcə İran yox, həm də Səudiyyə Ərəbistanı başlaya bilər. Hər şey Avropa Birliyindən asılıdır”, – deyə o bildirib.