8 ölkədən Rusiyaya çağırış

Baxış sayı:
7747

Avropa Birliyinə üzv olan 8 dövlət Rusiyanı şərq Ukraynadakı separatçılara maliyyə və hərbi dəstəyi kəsməyə çağırıb.
 
İngiltərə, Fransa, Hollandiya, Polşa, İsveç, İtaliya, Belçika və Almaniya BMT Təhlükəsizlik Şurasının toplantısında Ukraynadakı hadisələri müzakirə etmək üçün ortaq bir açıqlama ilə çıxış edib.
Ukraynanın şərqində beş illik münaqişələrin vətəndaşlara mənfi təsirinin artdığını və əlavə olaraq humanitar yardım və müdafiəyə ehtiyacı olan 3,5 milyon insanın vəziyyəti ilə bağlı narahatlıqların olduğu bildirilib.
Bəyanatda, tərəflərin sülh yolu ilə həll edilməsi üçün Minsk Razılaşmasını həyata keçirməsi lazım olduğu ifadə edilib.
Müxalifət.az