64 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü
11-11-2019 12:55
Baxış sayı:
5308
Rusiyanın Volqoqrad vilayətində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində azərbaycanlı yük maşını sürücüsü dünyasını dəyişib.
Unikal.org Rusiya mətbuiatına istinadən xəbər verir ki, 64 yaşlı sürücü “Volvo” markalı yük maşınından düşüb yolu keçmək istəyərərkən onu 21 yaşlı gənc idarə etdiyi "Lada Qrant" minik maşını ilə vurub.
Sürücü aldığı xəsarətlərdən yerindəcə keçinib.
Qeyd olunur ki, həmin şəxs Azərbaycana məxsus nəqliyyat şirkətində sürücü işləyib və Rusiya ərazisindən keçməklə Qazaxıstandan Azərbaycana qayıdırmiş