6 hərbçinin MÜƏMMALI ÖLÜMÜ – Müdafiə Nazirliyi də bilmir...
28-05-2018 12:22
Baxış sayı:
4723

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin 6 hərbçisi həlak olub.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Yəmənlə sərhəd bölgələrində baş verib.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin açıqlamasında hərbçilərin hansı səbəbdən həlak olması haqda heç bir məlumat verilməyib. Hərbçilərin silahlı qarşıdurma vaxtı, yoxsa digər səbəblərdən həlak olması bilinmir.
Qeyd edək ki, mayın 27-də Səudiyyə Ərəbistanın liderliyindəki koalisiya qüvvələri Yəmənin paytaxtı Səna şəhərində əməliyyat keçirib.
Əməliyyat nəticəsində 4 nəfər həlak olub, 10 nəfər yaralanıb.