50 min nəfər davamçısı olan dini lider edam edildi

Baxış sayı:
5137

Yaponiyada “Aum Sinrike” dini sektanın lideri Syöko Asaxara edam edilib.
 
“RİA Novosti”nin verdiyi xəbərə görə, sektanın digər rəhbərləri – Kiyohido Hayakava, Tomomasa Nakaqava, Yosixiro İnoue və başqaları barəsində də çıxarılan edam hökmü icra edilib.
 
Ümumilikdə, ölümə məhkum olunan 13 şəxsdən 7-si asılaraq edam edildiyi bildirilir.  
 
Qeyd edək ki, 50 minədək davamçı toplamış “Aum Sinrike” radikal dini sekta 1987-ci ildə Syöko Asaxara (əsl adı Tidzuo Matsumoto) tərəfindən yaradılıb. 
 
1994-cü ildə sektanın üzvləri Matsumoto şəhərində zəhərli “zarin” qazından istifadə edərək terror aktı törədiblər. Nəticədə 7 nəfər ölüb. 1995-ci ilin martında isə onlar Tokio metrosunda  analoji terror aktı törədib, nəticədə 13 nəfər ölüb, 6300 nəfər xəsarət alıb.  
 
Hadisədən sonra sektanın 30-dək rəhbər üzvü həbs edilib, onlardan 13 nəfər barəsində məhkəmə edam hökmü çıxarıb.