5-lik koalisiyasından Türkiyəyə gözdağı

Baxış sayı:
15253

ABŞ-ın Xarici İşlər Nazirliyi Türkiyənin Şərqi Aralıq dənizindəki qazma fəaliyyətlərindən və “Yavuz” qazma gəmisinin Karpaz açıqlarına çatmasından "narahatlıq” duyduğunu bildirib. ABŞ-la yanaşı, Yunanıstan, Misir, Fransa və AB-nin Xİ komissarı Mogherininin açıqlama etdiyi mühitdə, Avropa Birliyinin (AB) də Türkiyəyə qarşı tətbiq oluna biləcək sanksiyalarla bağlı bir siyahı hazırladığı ifadə edilib. Qeyd edək ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Aralıq dənizindəki proseslərlə əlaqədar olaraq "(Şərq Aralıq dənizində) Bu anda qazma gəmilərimiz axtarış işləri ilə koordinasiyalı olaraq öz yol xəritəsi çərçivəsində bu prosesi davam etdirir. Bu mövzuda sağdan, soldan bəzi narahat edici səslər çıxa bilər, amma bu səslərin heç birisinin bizi bu yolumuzdan saxlamayacağını daha əvvəl də açıqladıq. Bu gün də eyni fikirdəyəm, eyni şeyləri söyləyirəm" demişdi. Müxalifət.az