​21 beynəlxalq, 22 mindən çox yerli müşahidəçi qeydə alınıb - Məzahir Pənahov

Baxış sayı:
1951

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar 21 beynəlxalq, 22 mindən çox yerli müşahidəçi qeydə alınıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.
"Bu günə qədər Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 22 min nəfərdən çox yerli müşahidəçi qeydə alınıb", - deyə M.Pənahov qeyd edib.
M.Pənahov deyib ki, bu, orta hesabla hər məntəqəyə 4 yerli müşahidəçi düşməsi deməkdir.
MSK sədri indiyə qədər ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 13, Müstəqil Dövlətlər Birliyinin 8 müşahidəçisi də qeydə alındığını vurğulayıb./publika/