“2020-ci ildə Tramp həbsxanada ola bilər” – ABŞ senatoru

Baxış sayı:
6574

ABŞ-da 2020 prezident seçkiləri üçün namizədliyini açıqlayan Demokrat Senator Elizabet Uorren seçki kampaniyasına başlayıb.
 
 Uorren kampaniyasının ilk günlərində ABŞ prezidenti Donald Trampı hədəf alıb. Massaçusets senatoru seçkilərin keçiriləcəyi 2020-ci ildə Donald Trampın həbsdə olacağını söyləyib.
Trampın yerli Amerikalı köklərinə görə “Pocahontas” adlandırdığı Uorren, "Hər gün irqçi, nifrət dolu, qaranlıq və çirkin bir tweet atır. Namizədlər, aktivistlər və media bu məsələdə nə edəcək? Hər gün bunun arxasınca gedəcəyik" deyib.
Tramp haqqında yürüdülən Rusiya ilə gizli anlaşma iddiası ilə bağlı istintaqı xatırladan Uorren, "2020-ci ildə Donald Tramp prezident olmaya bilər. Əslində, azadlıqda belə olmaya bilər" deyə bildirib. Uorren xüsusi səlahiyyətli prokuror Robert Müller-in araşdırmasını bitirdikdən sonra hesabatını dövlətə açması lazım olduğunu söyləyib.
Qeyd edək ki, Uorren 2016-ci ildə Hillari Klinton kampaniyası zamanı da önə çıxan Demokratlardan biri olmuşdu. ABŞ-lı senator karyerasının erkən illərində hindu kökündən gəldiyini iddia etmiş, bu səbəblə Donald Tramp ona “Pocahontas” ləqəbini vermişdi.
Müxalifət.az