Yeni Zelandiyanın keçmiş baş naziri: “Bu cür hadisələr demokratiyamıza kölgə sala bilməz”

Baxış sayı:
20479

Yeni Zelandiyanın keçmiş baş naziri Cennifer Meri Şipli Bakıda keçirilən VII Qlobal Forumun iştirakçılarından biridir. O, virtualaz.org-a dünən vətənində baş vermiş terror aktlarını şərh edib. Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məscidə - “Əl-Nur” və “Linvud Məscid”ə hücunlar nəticəsində 49 nəfər həlak olub.
Şiplinin sözlərinə görə, baş verənlər Yeni Zelandiyada vəziyyətin kəskinləşməsinə gətirib çıxarmayacaq: “Digər dini məzhəblərin nümayəndələri kimi, müsəlmanlar da ölkəmizin tam hüquqlu vətəndaşlarıdır. Cəmiyyətimiz demokratikdir və bu cür hadisələr demokratiyamıza kölgə sala bilməz”.
“Yeni Zelandiya hökuməti baş verənləri ətraflı araşdıracaq. Bu misli görünməmiş qəddarlıq aktında günahı olanlar qanunun bütün sərtliyi ilə cəzalandırılacaqlar.
Saytınız vasitəsilə həlak olanların yaxınlarına və doğmalarına başsağlığı vermək istəyirəm. Bu, dinc və firavan həyat sürən ölkəmiz üçün çox xoşagəlməz faktdır”, - Yeni Zelandiyanın keçmiş baş naziri bildirib.