Yeni Zelandiyadakı Məscid qətliamçısı Türkiyədə nələr edib? – MİT araşdırır

Baxış sayı:
4369

 Yeni Zelandiyadakı bir məscidə qarşı terror hücumu həyata keçirən və burada 50 Müsəlmanı şəhid edən terrorçu Brenton Tarrantın Türkiyədəki addımları təqibə alınıb. Tarrantın Türkiyədəki görüş tranziti və burada olduğu müddətdə meydana gələn sosial hadisələr MİT tərəfindən olduqca detallı bir şəkildə araşdırılır.
 
Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Tarrant Türkiyədə bir Türk xətti almaq əvəzinə, məşhur bir telefon markasına məxsus telefonla Yeni Zelandiya xəttindən istifadə edib. İzləri araşdıran təhlükəsizlik qüvvələrinin ilk müəyyən etdiklərinə görə, Tarrant Türkiyədən hər hansı bir şəxslə əlaqə saxlamayıb. MİT Tarrantın Türkiyədə olduğu dövrlərlə çox oxşar tarixlərdə meydana gələn Yenibosna və İstiqlal Küçəsindəki terror hücumlarını da yenidən araşdırmağa başlayıb. Tarrantın nə üçün Bolqarıstana getdiyi və burada avtomobil icarəyə götürdüyü şəxslə haralara getdiyi cavab gözləyən suallar arasındadır.
Müsəlmanlar üçün müqəddəs olan cümə günü Yeni Zelandiyada bir məscidi silahlarla basan və içəridə gördüyü hər kəsə ölüm yağdıran terrorçu Brenton Tarrantın Türkiyəyə nə üçün gəldiyi, burada nələr etdiyi, kimlərlə görüşdüyü və ən əsası bu görüşlərini əcnəbi bir kəşfiyyat təşkilatının bilgisi və nəzarəti daxilində edib, etmədiyi kimi suallar olduqca narahat edicidir.
Hücumdan sonra çox ciddi iş aparan Türk kəşfiyyatı prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bilməsi lazım olanlar prinsipi çərçivəsində mövzu ilə bağlı məlumat qeydlərini müvafiq orqanlara təqdim edib.
Təhlükəsizlik qüvvələrindən verilən məlumata görə, Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən Tarrantın Türkiyədə olduğu vaxtlar ən incə təfərrüatına qədər təhlil olunur.
Müxalifət.az