Yeni Zelandiya teraktı ilə bağlı şok açıqlama: Onu bağışlayıram

Baxış sayı:
6031

Yeni Zelandiyada məsciddəki terakt nəticəsində həyat yoldaşı öldürülən Fərid Əhməd adlı şəxs qatil Brenton Tarrant barədə danışıb.
Muxalifet.az xəbər verir, F.Əhməd Tarrantı bağışladığını deyib.
"Onu bağışlayıram və əminəm ki, həyat yoldaşım yaşasaydı, o da eyni şeyi edərdi. Ona nifrət etmirəm. Tarranta qarşı nə hiss etdiyimi soruşdular. Mən dedim ki, o adamı sevirəm, çünki o bir insandır, mənim qardaşımdır. Gördüyü işləri dəstəkləmirəm, hər şeyi yanlış anlayıb. Bəlkə xəcalət çəkdi, bəlkə də heç sevgi görməyib. Onu əfv etdim", - Əhməd vurğulayıb.
Qeyd edək ki, Yeni Zelandiyada avstraliyalı terrorçu Brenton Tarrantın Kraystçerç şəhərindəki iki məsciddə təşkil etdiyi dəhşətli hücum nəticəsində 51 nəfər ölüb. O, hücumdan öncə 37 səhifəlik manifest yayımlayıb.