“Yeddi möcüzə”dən birində namaz qadağası – İlginc qərar
12-07-2018 15:41
Baxış sayı:
3802

“Dünyanın yeddi möcüzəsi”ndən biri kimi tanınan Tac Mahal kompleksinə daxil olan məsciddə cümə namazı qılmaq qadağan edilib.
Muxalifət.az xəbər verir ki, Hindistanın Aqra şəhərində yerləşən məscidlə bağlı qərar yalnız şəhər xaricindən gələnlərə şamil edilib.
Qərar Hindistanın Ali Məhkəməsi tərəfindən verilib.
Məhkəmənin qərarında bildirilir:
“Tac Mahal dünyanın yeddi möcüzəsindən biridir və bunu qorumaq lazımdır. Aqrada çoxlu məscid var. Namaz qılmaq istəyənlər bu məscidlərdə qıla bilərlər”.
Qərara görə, Tac Mahalda cümə namazı qılmaq istəyənlər Aqra sakini olduqlarını sübut edən sənədi təqdim etməlidirlər.