YAPONUN OĞLU HAKİM QARŞISINDA - adam öldürməkdə suçlanır

Baxış sayı:
6010

Sumqayıtda Fövqəladə Hallar Nazirliyinin əməkdaşını qətlə yetirən şəxs hakim qarşısına çıxarılıb. Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən İbrahimov Şəmsəddin Yapon oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Qətl hadisəsi bu ilin may ayında baş verib. Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü İbrahimov Şəmsəddin Yapon oğlu Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin həyətinə gələrək oranın işçisi Kərimov Emin Vəli oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində Ş.İbrahimov özü ilə gəzdirdiyi bıçaqla E.Kərimovun ürəyinə iki zərbə endirib. E.Kərimov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Məlumata görə, hadisədən sonra Ş.İbrahimov könüllü olaraq polisə təslim olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə) maddəsi ilə ititham irəli sürülüb.