​Yaponiyada daşqınlar: ölənlərin sayı 225-ə çatdı

Baxış sayı:
3706

Yaponiyanın cənub-qərb və mərkəzi rayonlarında daşqınlar nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb, 14 nəfər isə itkin düşmüş sayılır.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, təxliyə məntəqələrində hələ də 4,5 min insan qalır.
Məlumata görə, təbii fəlakət 36 prefekturaya ümumilikdə 697 milyon dollara yaxın zərər vurub.
Qeyd edək ki, iyulun ilk həftəsi Yaponiyanın cənub-qərb və mərkəzi hissəsində güclü leysan yağışları yağıb. Yağışlar torpaq sürüşmələrinə və daşqınlara səbəb olub. Bəzi çaylarda suyun səviyyəsi qalxaraq xeyli ərazini su altında qoyub.
Yeri gəlmişkən, bu daşqınlar ölüm hallarının sayına görə Yaponiya tarixində ikinci ən irimiqyaslı təbii fəlakətdir. 1953-cü ildə Küsü adasında baş verən daşqınlar nəticəsində 759 nəfər ölmüş, 450 min insan evsiz qalmışdı.