Yanğınsöndürən maşın çayda batdı - QUBADA / Video

Baxış sayı:
9536

Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib. Report-un məlumatına görə, ev sahibi Həbib Məmmədov hadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib. Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb. Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir.