​Xocalıdan erməni təyyarəsi havaya qalxdı, AZƏRBAYCAN VURMADI... – FOTO

Dağlıq Qarabağdakı separatçı rejim Xocalı hava limanından kiçikhəcmli təyyarə uçuşlarına başlayıb.
Muxalifet.az strateq.az-a istinadən bildirir ki, hələlik xarici turistlər üçün aparılan bu uçuşlar Xankəndi-Şuşa-Xankəndi marşrutu üzrə keçirilir.
İyulun 17-də Dağlıq Qarabağda ilk dəfə keçirilmiş “Artsax eyr fest” adlı hava festivalında ilk kiçikhəcmli təyyarə havaya qalxıb.
Xankəndindən uçan bu ikiyerlik yüngülmühərrikli təyyarəni sabiq hərbi təyyarəçi Samvel Tavadyan idarə edib. Çoxlu sayda xarici turistlərin gəldiyi bu tədbir separatçı rejimin saxta atributları nümayiş olunub. ABŞ istehsalı olan “CH 701” təyyarəsi Şuşa üzərində dövrə vurduqdan sonra geriyə qayıdıb.
Tavadyan bildirib ki, ötən ildən başlayaraq uçuşa hazırlıq aparılıb. Bu ildən isə uçmağa başlayıblar.