Xameneinin həbsdə olan bacısı qızı aclıq aksiyasına başladı - FOTO
26-12-2022 12:30
Baxış sayı:
18516
İranın ali dini rəhbəri Xameneinin bacısı qızı və hüquq müdafiəçisi Fəridə Muradxani aclıq aksiyasına başlayıb.
O, Qərçək zindanında həbs cəzası çəkir.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məsələ ilə bağlı Fəridə Muradxaninin qardaşı Mahmud Muradxani öz “Twitter” hesabında məlumat yayıb.
“Siyasi məhbus Fəridə Muradxani saxlanılma yerinə və Evin həbsxanasına köçürülməməsinə etiraz olaraq aclıq aksiyası keçirir”, - deyə qardaşı bildirib.
Xatırladaq ki, Fəridə Muradxani 15 il müddətinə azadlıqdan məhrum edilib.